• Üstün brend üstün səviyyə
    Axıcı dizaynla heyrətləndirən son model gözlüklər...
  • Hər şey gözlərdən başlayır
    Daha doğrusunu desək gözlərin gözəl aksesuarından...
  • Gözləriniz üstün brendə layiqdir.
    Onlar Sizə həyatda çox şeyi göstərir.

Haqqımızda

bəzi şeyləri bilmək olar...

1998-ci ildən Bakı şəhərində fəaliyyət göstərən Majesty şirkəti Azərbaycanda yüksək keyfiyyətli optika xidməti göstərən ilk peşəkar şirkətdir.
Majesty mükəmməl optika salonu olaraq müştərilərə kontakt və qeyri kontakt göz korreksiyasına aid məhsul və xidmətlərin (eynək, linza) satışı ilə yanaşı təcrübəli və yüksək səviyyəli tibbi yardım göstərir:

  • oftalmoloq məsləhəti;
  • kompleks şəkildə müayinə;
  • görmə qabiliyyətinin yoxlanılması;
  • korreksiya vasitələrinin fərdi seçimi;
  • görmə defekti olan insanlar üçün lazımi material və dərman preparatlarının təyini.
Sifarişin ünvana çatdırılması, xəstəlik tarixinin aparılması da salonun xidmətlərinə daxildir.
Əməkdaşlarımızın təcrübəsinin artırılması və onların müxtəlif seminar, trenninqlərdə iştirakı yeganə məqsədimiz olan – müştərilərin təlabatını ödəməyə hesablanıb. Hər bir müştərinin özünü rahat hiss etməsi, keyfiyyətli və olduqca qısa bir müddətə zəruri xidmətlərin əldə etməsi Majesty-nin əsas prinsipidir. Məhz bu səbəbdən Majesty hər bir müştəriyə fərdi yanaşma prinsipini önə çəkir. Buna misal olaraq 2008-ci ilin əvvəlindən başlayaraq salon müştərilərin vaxtının qənaətinə yönəlmiş “bir saata eynək” prinsipi ilə fəaliyyət göstərir.

Bizimlə Paylaşmağa dəyər

BU EYNƏKLƏR SİZİ ÇOX DƏYİŞƏCƏK

XİDMƏTLƏR

Hər zaman xidmətinizdəyik

Yüksək təcrübəli həkim-oftalmoloq sizin gözünüzü yoxlayıb Yaponiya istehsalı olan müasir avadanlıqda kompyuter diaqnostikasını keçirəcək. Həmçinin Sizə lazımi məsləhət verib resept yazacaq. Gözün kompyuter diaqnostikası ilə siz rəngli və rəngsiz kontakt linza seçə bilərsiniz. Kontakt linzaların ölçülməsi və onlara qulluq prosesinin öyrədilməsi də xidmətimizə daxildir. Bizim məsləhətçilər müştərinin arzusu, imkanı və eynəyin təyinatına uyğun seçim etməkdə kömək göstərərlər. Mütəxəssislər original günəş eynəkləri seçimində sizə yardımçı ola bilərlər. Sizin ixtiyarınızda istənilən çətinlikdə eynəklərin hazırlanması – zərurət olarsa usta eynəyi müştərinin iştirakı olaraq 15 dəqiqə ərzində hazırlayar. Çərçivələrin təmiri də mümkündür.

Salonda yerləşən və Yaponiya istehsalı olan avadanlıqlarla təchiz olunan həkim-oftalmoloqun kabineti saat 11.00-dan 18.00-dək fəaliyyət göstərir. Eynək seçimi hər müştərinin fərdi təlabatlarına, fəaliyyət növünə, yaşına və görmə xüsusiyyətlərinə uyğun aparılır. Həkim-oftalmoloq Sizə dünyanın qabaqcıl istehsalçılarının kontakt linzalarını və onlardan istifadəni məcləhət verər.
Eynək hazırlanması prosesi demək olar ki, zərgər işidir. Eynəklərin yüksək dəqiqliklə hazırlanması Yaponiyanın “NİDEK” firmasının şablonsuz sistemli peşəkar avadanlığı və xaricdə təhsil almış ustaların yüksək kvalifikasiyası hesabına nail olunur. Emalatxanamız tam avtomatlaşdırılmış elmi laboratoriyanı xatırladır. Bu da eynəklərdə hətta cüzi bir qeyri dəqiqliyi, demək olar ki, yox dərəcəsinə endirir. Peşəkar ustalar istənilən çətin fərdi eynəklərin sifarişini yerinə yetirirlər.

HOYA

Hər zaman tərəfdaşlarımız...

Yapоniyada ilk хüsusi şüşə istеhsalçısı оlan nəhəng «Hоya Cоrpоratiоn» transmilli şirkəti 1941-ci ildə yaradılmışdır. Hal-hazırda Hoya şirkətinin dünyanın bir çох ölkəsində 60 - dan çох bölməsi, şəхsi tədqiqat mərkəzləri, zavоdları və rеsеpt еynək linzalarının buraхılışı üzrə RX-labоratоriyaları vardır (avrоpada 12 labоratоriya). Оptik hasilat istеhsalından başqa «Hoya» - infоrmasiyanın rəqəmsal işlənmənin yüksək tехnоlоji qurğularının istеhsalında istifadə оlunan infоrmasiya tехnоlоgiyalarının işlənib hazırlanması sahəsində dünya lidеrliyini tutur. Dünya bazarında mоbil tеlеfоnların, dvd-rеkоrdеrlər, jk-panеllər, düz еkranlar, rəqəmsal kamеralar və avtоmоbillərin naviqasiya sistеmlərinin istеhsalında «Hoya» tехnоlоgiyasının payı 70 % təşkil еdir. «Hoya» - dünyanın 100 ən qabaqcıl tехnоlоji şikətlərinə daхildir. «Hoya» tехnоlоji innоvasiyaları - göz korreksiyası vasitələrinin hazırlanmasında da öz əksini tapmışdır. Pоlimеr еynək linzalarının istеhsalında «Hoya»-nın bərabəri yохdur. Layiqli lidеrlik – ciddi еlmi tədqiqatların və iхtiraların nəticəsidir. Bundan əlavə, «Hoya»-nın unikal хüsusiyyətlərindən biri – linza dizaynı və оptik matеrialların yaradılmasından başlayaraq fоtохrоm və çохfunksiyalı örtülərin hazırlanması və vurulmasına qədər - tam tехnоlоji silsilə üzrə göz kоrrеksiyası vasitələrinin işlənib hazırlanmasından ibarətdir. Azərbaycan bazarında «Hoya» - daim yеnilik və əlavələrlə dоlu tam pоlimеr linzalar çеşidi təqdim еdir. «Hoya»: Nulux Active, PNX 1.53, Nulux EP, Hoyalux ID, Hi-VISION LONG-LIFE və s. bir çох nadir məhsula malikdir.

SAYTIMIZIN FLEŞ VERSİYASINA

PARTNYORLAR

Hər zaman tərəfdaşlarımız...

Majesty-nin partnyorları dünya optik texnologiyasında öz sözünü demiş və ön sıralarda olan şirkətlərdir. Bunların arasında:

  • Cartier
  • Maybach
  • Bentley
  • Logo Group
    • Fred
    • Tag Heuer
  • Lindberg
  • Lamborgini
  • Aoyama Group
    • Dupont
    • J-L Scherrer
  • Luxottica
    • Dolce Gabbana
    • Prada
    • Versace
    • Ray Ban
  • Safilo
    • Christian Dior
    • Gucci
    • Marc Jacobs
    • Jimmi Choo
  • Go Eyewear
    • Ana Hickmann
    • T-Charge
    • Bulget
  • Trevi Coliseum
şirkətlərinin adlarını qeyd etmək olar.
Majesty SİLMO (Fransa), MİDO (İtaliya) optika sərgilərinin daimi iştirakçısıdır.

Əlaqə

Bizimlə əlaqə çox rahat və xoşdur.

  • Ünvan:Azərbaycan Respublikası, Bakı şəh.,
    Azərbaycan prospekti, 5 (DİN-in yanı)


  • Tel.: (+994 12) 497 15 18
  • Mob.:(+994 51) 940 27 80
  • E-poçt:office@majesty.az